2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,7 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,2% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($140,3 milyon, artım 4,9%), pomidor ($134,1 milyon, artım 4,6%), karbamid ($121,9 milyon, artım 6 dəfə), qızıl ($93,7 milyon, azalma 19,8%), metanol ($81,3 milyon, artım 3,5 dəfə), meşə fındığı ($57,6 milyon, artım 38,8%), emal edilməmiş alüminium ərintiləri ($48,4 milyon, artım 3 dəfə), ilkin formalı polietilen ($51,5 milyon, azalma 13%) və ilkin formalı polipropilenin ($56,9 milyon, azalma 15%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($462,2 milyon, artım 28,6%), Rusiya ($462,2 milyon, azalma 1,2%), Gürcüstan ($107,6 milyon, artım 44,5%), İsveçrə ($101 milyon, azalma 22%) və ABŞ ($57,5 milyon, artım 76,3%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 27,2%-i Türkiyə və RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət