“AzerGold” QSC-nin törəmə müəssisəsi – “Daşkəsən Dəmir Filiz” MMC geoloji kəşfiyyat və buruq qazma işləri üçün laboratoriya şəraitində mineraloji, mexaniki testlərin və kimyəvi analizlərin aparılmasına 2,45 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, “Buro Veritas Azeri” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 2 milyon 450 min 795,1 manatdır.
“AzerGold” QSC 2022-ci ilin sonunda Daşkəsən filiz yataqlarında dəmir filizi konsentratının hasilatına, 2024-cü ildə DRI (birbaşa reduksiya edilmiş dəmir) istehsalına başlamağı planlaşdırır.
“AzerGold” QSC 2036-cı ilədək Daşkəsən rayonunda dəmir filizi yataqlarının işlənməsindən 4,9 milyard manat ($2,9 milyard - İF) gəlir əldə etməyi gözləyir.
Cəmiyyətin qiymətləndirmələrinə görə, "Daşkəsən" filiz yataqları qrupunun istismara verilməsi 2035-ci ilə qədər Azərbaycanın ÜDM-nə 6,8 milyard manat məbləğində töhfə verəcək. Bu dövrə qədər layihə çərçivəsində “AzerGold”un dövlət büdcəsinə vergi və sosial ödənişləri 556 milyon manat təşkil edəcək. Bu layihələrin həyata keçirilməsi nəticəsində birbaşa və dolayı iş yerlərinin (multiplikator əmsalı nəzərə alınmaqla) sayının 3,3 minə qədər artacağı proqnozlaşdırılır.
Şirkət, həmçinin Daşkəsən filiz layihəsi hesabına ölkənin metallurgiya məhsullarının idxalından (illik orta hesabla 1,7 milyard manat təşkil edir) asılılığını azaltmağı və metallurgiya məhsullarının ixracatçısına çevrilməyi nəzərdə tutur.
Cəmiyyətdə hesab edirlər ki, "Daşkəsən" filiz yataqlarının işlənməsi Azərbaycanda polad məmulatların istehsalına imkan verəcək, bunun üçün yüksək keyfiyyətli xammal tələb olunur və metal tullantılarından istifadə mümkün deyil.
“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton (ümumi ehtiyatların həcmi 350 milyon tondur) təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət “Çovdar”, “Ağyoxuş”, “Tülallar”, “Mərəh” qızıl yataqları, “Filizçay” polimetal filiz yatağı, “Mazımçay” yatağı, “Kürəkçay”, “Göydağ” sahələri, “Dağkəsəmən” qızıl sahəsi və “Daşkəsən” dəmir filizi yataqları qrupunun öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə bağlı işləri yerinə yetirir.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət