Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bankın ölkədə maliyyə inklüzivliyinin inkişafı üzrə ortamüddətli planlarından danışıb.
"Biz maliyyə inklüzivliyinin bir sıra göstəricilərinə görə başqa ölkələrdən hələ ki, geri qalırıq. Lakin 2027-ci ilədək bu göstəriciləri yaxşılaşdırmağı nəzərdə tuturuq”, - deyə Kazımov bu gün Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, AMB sədri qeyd edib ki, 2022-ci ilin iyul ayının sonuna Azərbaycanın maliyyə sektorunun ümumi aktivləri ölkə üzrə ÜDM-in 44,5%-ni təşkil edir.
Onun sözlərinə görə, maliyyə inklüzivliyinin inkişafında müsbət məqamlardan biri 7 ay ərzində ödəniş kartları üzrə dövriyyənin 55% artmasıdır. Bununla yanaşı, ölkədə nağdsız əməliyyatların xüsusi çəkisi 40%-ə çatıb.
“Biz diqqəti 2027-ci ilədək lazımi maliyyə infrastrukturunun yaradılmasına cəmləmişik. Lakin bunun üçün ilk növbədə, maliyyə sağlamlaşdırılması həyata keçirilməlidir. Bu istiqamətdə prudensial tələblərin və nəzarətin tətbiqini genişləndirməyi planlaşdırırıq. Bundan sonra isə maliyyə bazarı iştirakçılarının sayının artırılması üzərində işləyəcəyik. Xüsusilə biz mikrokreditləşmənin və qeyri-bank kredit təşkilatlarının inkişafı üzrə ayrı-ayrı strategiyalar hazırlayır, sekyuritizasiya və sindikasiyanın hüquqi çərçivələri üzərində işləyirik”, - deyə o qeyd edib.
AMB-nin sədri maliyyə xidmətlərinin rəqəmsallaşdırılmasının bank üçün vacib istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. ““Open Banking” yanaşmasını inkişaf etdirməliyik, istehlakçıların hüquqlarının müdafiəsi üzrə hüquqi çərçivələrin yaradılması üzərində işləyirik. Bundan başqa, planlarımıza yerli reytinq agentliklərinin yaradılması da daxildir. Yaxın illər üçün prioritetlərimiz bunlardır”, - deyə o vurğulayıb.
Kazımov əlavə edib ki, 2052-ci ilədək olan dövrü əhatə edən uzunmüddətli strategiyaya əsasən, ölkənin maliyyə sektoru “yaşıl iqtisadiyyat”a keçidi və məşğulluğu təmin etməlidir. “Bütövlükdə, qarşımızda yüksək gəlirli ölkələr sırasına daxil olmaq vəzifəsi durur. Bunun üçün nə etmək lazım olduğuna dair aydın təsəvvürümüz var”, - deyə AMB sədri bildirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət