Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen oktyabrın 1-də Yunansıtan-Bolqarıstan İnterkonnektorunun (İGB) rəsmi açılışında iştirak etmək üçün Bolqarıstana gələcək.
“İnterfaks-Azərbaycan” agentliyi “EURACTIV Bulgaria” nəşrinə istinadən xəbər verir ki, IGB-nin operatoru Bolqarıstan, Azərbaycan, Serbiya, Rumıniya və Şimali Makedoniya prezidentlərini Sofiyada Ursula fon der Lyayenlə görüşə dəvət edib. “İdeya qaz kəmərinin işə salınmasını fon der Lyayenin iştirakı ilə enerji məsələləri üzrə regional müşavirəyə çevirməkdən ibarətdir”, - deyə nəşr vurğulayır.
Qaz konnektorunun illik ötürücülük qabiliyyəti 3 milyard kubmetrdir və daha güclü qaz kompressorları hesabına 5 milyard kubmetrə çatdırıla bilər və Rumıniya da bunda çox maraqlıdır.
IGB-nin işə salınması Bolqarıstana 1 milyard kubmetr həcmində Azərbaycan qazı almağa imkan verəcək. Bu həcm Bolqarıstanın qaza tələbatının üçdə birini təşkil edir. Bununla belə, Sofiya Azərbaycandan əlavə olaraq ildə 0,5-1 milyard kubmetr qaz almağa ümid edir.
Azərbaycan 2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstana qaz nəqlinə başlayıb. 2022-ci il sentyabrın əvvəlinə Azərbaycan bu ölkəni 555 milyon kubmetrə yaxın təbii qazla təchiz edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət