Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyevlə görüşüb. Qonaq Ali Məktəbin kampusunu gəzib, burada yaradılan şəraitlə tanış olub və auditoriyalarda tələbələrə Fond haqqında məlumat verib.
Ali Məktəbin rektoru Elmar Qasımov Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyevə bu şərəfli və əhəmiyyətli fəaliyyətində uğurlar arzulayıb. Rəhman Hacıyev Bakı Ali Neft Məktəbində ictimai müzakirələrin, təqdimatların keçirilməsini təklif edib. Ali Məktəbin rektoru Elmar Qasımov isə bu təklifi yüksək dəyərləndirərək birgə tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb. Rektor əlavə edib ki, bu çərçivədə xeyriyyə tədbirləri də keçirilə bilər.
Rəhman Hacıyev bildirib ki, rəhbərlik etdiyi Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, yüksək səviyyədə inkişaf etmiş regiona çevrilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönəlib. Bu istiqamətdə ölkənin ən nüfuzlu ali məktəblərindən biri – Bakı Ali Neft Məktəbinin potensialından istifadə edilməsi və birgə fəaliyyət fayda verəcək.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət