Bakı Nəqliyyat Agentliyi koronavirus pandemiyasının paytaxtda ictimai nəqliyyatın fəaiyyətinə mənfi təsini qeyd edir və hazırda bu təsir “domino effekti” ilə davam edir.
“İnterfaks-Azərbaycan” BNA-ya istinadən məlumat verir ki, pandemiya dövründə sərt karantin rejimi avtobuslarla daşınan sərnişin dövriyyəsinin kəskin (2 dəfə) aşağı düşməsi ilə nəticələnib. Bununla yanaşı, metro ilə sərnişindaşımaların dayandırılması avtobusların normadan artıq yüklənməsinə gətirib.
Bu da, öz növbəsində, təmir xərclərinin, reqlamentdən kənar təmirin intensivliyini artıraraq, maliyyə sabitliyinin əldə edilməsini mümkünsüz edib. Sərt karantin dövründə ehtiyat hissələrinin gətirilməsinin mümkün olmaması da təmirlərin reqlamentlərə uyğun aparılmasına ciddi mənfi təsir göstərib. İctimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan hər həftəsonu avtobusla sərnişindaşıma xidməti göstərən daşıyıcılar sabit xərclərin mövcudluğu fonunda 650 min manat gəlirdən məhrum olub. Bu günlərin sayı isə 2020-2021-ci illər ərzində ümumilikdə 170 günə yaxındır”, - Agentlikdən qeyd olunub.
Xüsusilə, bu səbəbdən “Baku Bus” MMC maliyyə problemləri ilə üzləşib. “Bu da daşıyıcılar tərəfindən reqlamentlərə uyğun təmirlərin tam həcmdə həyata keçirilməsini qeyri-mümkün edib və təmirə dayanan avtobusların sayının normadan artıq olmasına səbəb olub. Hazırda ötən il dövlətin bu sahəyə növbəti dəstəyi nəticəsində alınan 320 ədəd müasir avtobus istismara hazırlanır və sərnişindaşımalarda əhəmiyyətli paya sahib olan “BakuBus”-a verilməklə yaxın günlərdə mərhələli şəkildə daşımalara cəlb olunacaq. Bunun sayəsində də avtobusların sayı tələbata tam uyğunlaşdırılacaq”, - Agentlikdən qeyd ediblər. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət