2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 73 milyon 481,4 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 1,7 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 11,3% - 431,212 milyon manata qədər azalıb.
Sığorta haqları 8,2% - 503 milyon 985,2 min manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları bir il əvvələ olan 47 milyon 603,9 min manata qarşı 118 milyon 930,7 min manat təşkil edib.
Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 32 milyon 826,8 min manat (artım 4,8%), sığorta haqlarında təkrar sığortaçıların payı 1 milyon 412,7 min manat (azalma 95,2%) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 19,8% - 347 milyon 385,9 min manatadək azalıb. Sığorta ödənişləri 179 milyon 805,6 min manat (azalma 35%), təkrar sığorta ödənişləri 50 milyon 264,4 min manat (artım 5,8%), işin aparılması xərcləri 99 milyon 961,9 min manat (artım 4,9%) təşkil edib.
2022-ci ilin birinci yarısında sığortaçılar 10 milyon 344,6 min manat məbləğində (azalma 1%) mənfəət vergisi ödəyiblər.
2022-ci il iyulun 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxsdir (6 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, 2022-ci il iyulun əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət