2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,9 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($143,4 milyon, azalma 0,3%), karbamid ($142,2 milyon, artım 4,5 dəfə), pomidor ($134,2 milyon, artım 4,7%), qızıl ($109,8 milyon, azalma 21,7%), metanol ($92,5 milyon, artım 2,8 dəfə), ilkin formalı polipropilen ($64,3 milyon, azalma 15,3%), ilkin formalı polietilen ($61,5 milyon, azalma 6,8%), meşə fındığı ($61,1 milyon, artım 38,5%) və emal edilməmiş alüminium ərintilərinin ($51,8 milyon, artım 2,6 dəfə) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($527,6 milyon, artım 1%), Türkiyə ($491,1 milyon, artım 20,6%), Gürcüstan ($126,9 milyon, artım 15,9%), İsveçrə ($117,7 milyon, azalma 24%) və ABŞ ($60,1 milyon, artım 25,2%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 25,8%-i Türkiyənin, 27,8%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət