Bakı Ali Neft Məktəbinin (BANM) komandası növbəti dəfə Azərbaycanı "NASA Human Exploration Rover Challenge" (NASA HERC 2023) müsabiqəsində təmsil etmək hüququ qazanıb.
Ümumilikdə 15 nəfərdən ibarət BANM-in ULVI komandası seçim turunu uğurla yekunlaşdırıb. Beləliklə, onlar müraciətlərinin ikinci ilində də Azərbaycanı növbəti dəfə təmsil etmək hüququ əldə ediblər.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Kanada, Sinqapur, Braziliya, Meksika, Dominikan Respublikası, Peru, Kolumbiya, Puerto-Riko, Hindistan və Boliviya kimi ölkələrdən ümumilikdə 61 komanda iştirak edəcək. BANM-in komandası yarışda Azərbaycanı təmsil edən yeganə komandadır.
ULVI komandasında təmsil olunurlar: Aygül Musayeva (komanda məsləhətçisi), Nihad Həbizadə (komanda lideri), Cavid İsayev, Anar Alızadə, Şəmistan Lətifov, Çingiz Məmmədov, Turan Səfərova, Fərid Qəhrəmanov, Leyla Osmanova, Əli İbrahimov,
Ağa Qurbanov, Rüstəm Qarayev, Nigar Abdullayeva, Aysu İsmayılova, Elmir Hacızadə.
“NASA Human Exploration Rover Challenge” hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Ötən il də BANM tələbələri NASA HERC tarixində ilk dəfə Azərbaycanı finalda təmsil edərək sertifikatla təltif olunmuşdular.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət