2021-ci ildə “Azərenerji” ASC-nin xalis mənfəəti 2020-ci ildəki 207,235 milyon manat məbləğində xalis zərərə qarşı 145,724 milyon manat ($85,7 milyon) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Azərenerji”nin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına əsasən, ötən il cəmiyyətin gəlirləri 1 milyard 320,335 milyon manat (artım 17,6%) təşkil edib. “Azərenerji” elektrik enerjisinin satışından 1 milyard 280,912 milyon manat (artım 19,4%), elektrik şəbəkəsinə qoşulma xidmətindən 8,825 milyon manat (artım 7,1 dəfə) gəlir əldə edib. Digər gəlirlərin payı 30,598 milyon manat (azalma 36,1%) təşkil edib.
2021-ci ildə cəmiyyətin əməliyyat mənfəəti 130,56 milyon manat (artım 34,3%) təşkil edib. Xarici valyuta mübadiləsindən xalis mənfəət 84,42 milyon manat (2020-ci ildə 83,79 milyon manat məbləğində zərərə qarşı), xalis maliyyə xərcləri 27,309 milyon manat, əmlak, tikili, avadanlıq və onların alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə zərərinin bərpası 9,654 milyon manat məbləğində olub.
Nəticədə 2021-ci ilin yekunları üzrə “Azərenerji” ASC-nin vergi ödənilənədək mənfəəti 197,325 milyon manat (artım 0,6%), cəmiyyət tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 50,098 milyon manat (azalma 4,7 dəfə) təşkil edib.
2021-ci ildə xarici valyuta ilə əməliyyatların çevrilməsindən yaranan məzənnə fərqləri 1,503 milyon manat təşkil edib. Nəticədə ötən il xalis mənfəət 145,724 milyon manata bərabər olub.
2021-ci ildə “Azərenerji”nin aktivləri 3% - 4 milyard 147,832 milyon manata qədər, uzunmüddətli aktivləri 7,5% - 3 milyard 419,521 milyon manata qədər artıb, qısamüddətli aktivləri 13,9% - 728,311 milyon manata qədər azalıb.
Hesabat ilində “Azərenerji”nin məcmu kapitalı 13,7% - 1 milyard 644,539 milyon manatadək artıb, nizamnamə kapitalı 1 milyard 760,495 milyon manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin əvvəlinə cəmiyyətin yığılmış zərəri 2 milyard 601,245 milyon manat məbləğində qiymətləndirilir.
2021-ci ildə cəmiyyətin öhdəlikləri 37% - 2 milyard 503,293 milyon manatadək azalıb, uzunmüddətli öhdəlikləri 1 milyard 836,946 milyon manat (azalma 6,6%), qısamüddətli öhdəlikləri 666,347 milyon manat (artım 8,7%) təşkil edib.
2021-ci ildə ASC-nin investisiya fəaliyyətinə yönəldilmiş pul vəsaitləri 3,4% - 494,154 milyon manata qədər azalıb.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət