2021-ci ildə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin mənfəəti 2020-ci ildəki 5,283 milyon manat zərərə qarşı 8,318 milyon manat təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu göstəricilər MMC-nin 2021-ci il üzrə maliyyə vəziyyətinə dair birləşdirilmiş hesabatında öz əksini tapıb.
Hesabata əsasən, ötən il "Azərbaycan İES" MMC tərəfindən elektrik enerjisinin satış həcmi 284,987 milyon manat (artım 11,5%) təşkil edib.
Hesabat dövründə stansiyanın xərclərinin strukturunda yanacaq xərcləri 197,781 milyon manat (artım 18,3%) təşkil edib.
Müəssisənin əməliyyat mənfəəti 17,085 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 141 dəfə çoxdur.
Ötən ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək mənfəəti 17,089 milyon manat (2020-ci ildə vergi ödənilənədək zərər 790 min manat), mənfəət vergisi üzrə ödənişlər 8,771 milyon manat (artım 2 dəfə) təşkil edib.
2021-ci ildə "Azərbaycan İES" MMC-nin aktivləri 8,8% - 597,243 milyon manata qədər, uzunmüddətli aktivləri 3,3% - 497,624 milyon manata qədər, qısamüddətli aktivləri 29% – 99,619 milyon manata qədər azalıb.
Hesabat ilində cəmiyyətin kapitalı 2% - 474,021 milyon manata qədər artıb, nizamnamə kapitalı 5,108 milyon manata (dəyişməyib), ümumi bölüşdürülməmiş mənfəəti 84,614 milyon manata (artım 10,9%) bərabərdir.
2021-ci ildə cəmiyyətin öhdəlikləri 35,4% - 123,222 milyon manata qədər azalıb.
“Azərbaycan” İES hər birinin gücü 300 MVt olan 8 blokdan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.*
B.Rüstəmbəyov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət