Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstan Prezidentinin saytına istinadən xəbər verir ki, dövlət başçıları Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığına dair məsələlərin geniş spektrini müzakirə ediblər.
Japarov məmnunluqla vurğulayıb ki, bu gün iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
O qeyd edib ki, dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr ölkələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətlə nəticələnib.
Japarov əmin olduğunu bildirib ki, Əliyevin səfəri və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək. Bu, iki ölkə arasında əməkdaşlığın siyasi, ticari-investisiya və mədəni-humanitar sahələrdə fəal inkişafının parlaq göstəricisi olacaq.
Qırğızıstan Prezidenti vurğulayıb ki, Qırğızıstan qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.
Öz növbəsində, İ.Əliyev Qırğızıstana səfərinin yekunlarına dair razılaşmaların əldə olunacağına və bu razılaşmaların bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
O qeyd edib ki, Azərbaycan hazırda hər iki tərəfi qane etməyən əmtəə dövriyyəsinin artırılması istiqamətində birgə işləməyə hazırdır.
Azərbaycan lideri vurğulayıb ki, nəzərdə tutulan planlar qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Qırğızıstanda investisiya layihələrində maraqlıdır.*
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət