Bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə Məmmədov Nəriman, "Caspian Energy ISRAEL” Israil ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq “Caspian Energy Forum Israel”, “Caspian Energy Award Israel”, “Brand Award Israel” və həmçinin İsrailin bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.
Məmmədov Nəriman ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Məmmədov Nəriman Azərbaycan və Israil sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb.
Məmmədov Nəriman 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəedici vəzifələrdə 25 ildən artıq təcrübəyə malikdir.
1994-cü ildə Azərbaycanda, Bakı şəhərində “Narimanfilm” kinostudiyasının əsasını qoymuşdur. Şirkətin filialları həmçinin Russiya, BƏƏ və Polşada fəaliyyət göstərir. “Narimanfilm” kinostudiyası bədii, qısametrajlı və sənədli filmlərin istehsalı, yuxarıda sadalanan ölkələrdə xətt prodüserliyi və Azərbaycan filmlərinin dünyada tanıdılması ilə məşğul olur, eləcə də onlayn kinoteatrı (VOD platforma – Azcinemaonline) idarə edir.
2005-ci ilin sentyabr ayında “Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası”– nın (IFA-SC) həmtəsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur, oktyabr ayından isə həmin qurumun İdarə Heyətinin sədridir.
2012-ci ilin iyun ayında “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin həmtəsisçilərindən biri olmuş və sədr müavini seçilmişdir. Həmin ilin iyul ayında isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının həmtəsisçilərindən biri, idarə heyəti üzvü və katibidir.
1 Avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.
1 May 2019-cu ildə yaradılan “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisidir.
27 Noyabr 2020-cu ildə “Kinematoqrafiya uğurlarına görə” Global Film Festival Noida beynəlxalq mükafatı ilə təltif olunmuşdur.
19 Oktyabr 2021-ci ildə “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri seçilmişdir.
“Caspian Energy” Biznes Klubunun İdarə Heyətinin üzvü, “Mədənəniyyət, kinematoqrafiya və turizm” komitəsinin sədridir.
O, bir neçə bədii, qısametrajlı və sənədli filmlərin prodüseridir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialogunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət