Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq Glensolun yeni yaradılmış texniki təlimlər üzrə xidmət sahəsini daha da gücləndirir
Azneft İstehsalat Birliyinin texniki mütəxəssislərinin bacarıqlarının təkmilləşdirilməsi
Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol, Milli Aviasiya Akademiyası ilə birgə SOCAR-ın Azneft İstehsalat Birliyinin (İB) texniki işçiləri üçün təlim proqramı həyata keçirib.
“Neft-qaz sənayesində istismar olunan qurğulara texniki xidmət göstərən personalın hazırlığı” adlı təlim proqramının məqsədi texniki işçiləri zəruri bilik və bacarıqlarla təmin etməkdir.
Təlim proqramı Glensol şirkətinin texniki mütəxəssisləri və Milli Aviasiya Akademiyasının professormüəllim heyəti tərəfindən Azneft İB-nin “28 May” və “Neft Daşları” Neft və Qazçıxarma İdarələrinin texniki-mexanik, elektrik və elektronçu işçiləri üçün Akademiyanın nəzəri və praktiki tədris bazasında keçirilib.
Təlim Proqramı başa çatdıqdan sonra Azneft İB-də proqram iştirakçılarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Azneft İB-nin baş direktoru Şahmar Hüseynov təlim iştirakçılarına sertifikatları təqdim edərək deyib: “Biz tələblərin getdikcə artdığı bir dünyada işçilərin texniki bacarıq və imkanlarının inkişaf etdirilməsinin vacibliyini qəbul edirik. Bu məqsədlə biz Glensol və Milli Aviasiya Akademiyası tərəfindən peşəkar səviyyədə təqdim olunan bu proqrama qoşulmuşuq.
Bütün iştirakçıları belə faydalı bir proqramı bitirmələri münasibətilə səmimi qəlbdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
” Glensolun baş direktoru Tamerlan Əliyev deyib: “Glensol uzun müddətdir ki, Azneft İB-nə texniki baxım, təmir və əməliyyatlar layihələrində xidmət göstərir, lakin tərəfdaş şirkətdən olan dəyərli həmkarlarımız üçün təlim proqramına başlamağımız əməkdaşlığımızda yeni səhifənin açılmasında irəliyə doğru atılan mühüm bir addımdır.
Həmçinin, Glensol ilə Milli Aviasiya Akademiyası arasındakı səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulamaq istərdim. Ötən il Akademiya ilə imzalanmış müqavilə bu kimi yüksək səviyyəli texniki təlimlərin keçirilməsi üçün güclü zəmin yaratmışdır. Əminəm ki, səylərimizi birləşdirməklə biz xidmətlərimizin coğrafiyasını daha da genişləndirə, həm mövcud, həm də potensial xarici müştərilərimizə öz təlim xidmətlərimizi təklif edə bilərik.”
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət