Energetika Nazirliyi Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsi üzrə Gürcüstanla Rumıniya arasında elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılmasını, bu məqsədlə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanmasını nəzərdə tutur. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Avropaya ixrac istiqamətində perspektivli və Avropa İttifaqının dəstəklədiyi layihələrdən biri Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsidir. Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması müzakirə edilir. Bu layihə "yaşıl enerji" dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Beləliklə, ölkəmizin Avropanın enerji təminatını bu dəfə "yaşıl enerji" vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür”, - deyə nazir “Respublika” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O vurğulayıb ki, dünyada enerji və geosiyasi vəziyyətlə bağlı müasir reallıqlarda Azərbaycanın "yaşıl enerji" gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var.
“Bu aspektdə Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təbii qazla bərabər "yaşıl" enerjinin, xüsusilə Xəzər dənizinin külək enerjisi və "yaşıl" hidrogenin istehsalı-ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması üzrə də əməkdaşlığı əhatə edir. Bütün bu məsələlər, həmçinin Avropa İttifaqı ilə enerji dialoqumuzun əsas komponentləridir”, - deyə P.Şahbazov qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət