Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Çin Xalq Respublikasının Bank və Sığorta Tənzimləmə Komissiyası (CBIRC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə AMB-nin mətbuat xidmətindən məlumat verilib.
Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın hüquqi bazasının yaradılması, əlaqələrin gücləndirilməsi və maliyyə sektorunda məlumat və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.
İmzalanmış Memoranduma əsasən, AMB və Komissiya arasında bank və sığorta sektorunda təcrübə və informasiya mübadiləsinin aparılması, təlim və seminarların təşkili, məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Memorandumun imzalanması nəzarət qurumları arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi, texniki dəstəyin həyata keçirilməsi, qlobal tənzimləmə yanaşmaları üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək, bütövlükdə, hər iki ölkənin bank və sığorta sisteminin inkişafına öz töhfəsini verəcək. Eyni zamanda, Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də nəzarət məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət