Tehran Cənubi Qafqaz regionunda hər hansı coğrafi sərhəd dəyişikliyini qəbul etməyəcək. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan oktyabrın 20-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Cənubi Qafqaz regionunda hər hansı coğrafi, tarixi sərhəd dəyişikliyi bizim üçün qəbuledilməzdir. Bu, bizim qırmızı xəttimizdir. Və biz bu cür cəhdlərin qarşısını almaq üçün bütün tədbirləri görəcəyik”, - deyə o bildirib.
Abdullahiyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev İran rəsmiləri ilə görüşlərdə hər hansı coğrafi sərhəd dəyişikliyinə qarşı olduğunu bəyan edib.
“İran bu cür ideyaların həyata keçirilməsinə mane olmaq üçün bütün imkanlara malikdir”, - deyə iranlı nazir qeyd edib.
O, həmçinin bildirib ki, İran qəti surətdə Cənubi Qafqazda xarici nümayəndələrin mövcudluğuna qarşıdır və region nümayəndələrinin fəaliyyətinə (məsələn, “3+3” platforması çərçivəsində) önəm verir.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət