Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiya Federasiyasının dövlət sərhədində "Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar”, həmçinin Azərbaycan Respublikasının dövlət sərhədində “Samur”, “Xanoba” sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.
Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin başçıları daxildir. Rusiya tərəfini Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçuk, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov, Dağıstan Respublikasının başçısı Sergey Məlikov və digər şəxslərdən ibarət heyət təmsil edib.
Sonra Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə baş nazirin müavini Şahin Mustafayev ölkələrimiz arasında dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli əlaqələri, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyini, nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın inkişafı məqsədilə həyata keçirilən tədbirləri vurğulayıb. Qeyd edilib ki, sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, keçid imkanlarının artırılması, prosedurların optimallaşdırılması baxımından önəmli addımlardır. “Xanoba” sərhəd-keçid məntəqəsinin yenidən qurulması da iqtisadi əlaqələrinin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcək.
Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçuk iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. O, sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının iqtisadi münasibətlərin inkişafında, xüsusilə nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli olacağını, ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.
Tərəflər sənaye, ticarət, tranzit və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması, gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. **
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət