Yelo Bank əməkdaşları üçün maraqlı layihəyə imza atıb. Yelo Stars adlı layihədə Bankın əməkdaşları və onların övladlarının iştirakı ilə klassik musiqili konsert təşkil olunub. Tədbir Bank-ın Baş ofisinin tədbir zalında keçirilib. Konsertdə həmçinin, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, onun qadınlardan ibarət ilk kamera orkestri "Mezzo" və digər musiqili qonaqlar da iştirak ediblər. Tədbirə "Mezzo" orkestrinin çıxışı ilə start verildi. Daha sonra konsert Yelo Bank təmsilçilərinin və Fidan Hacıyevanın musiqi məktəbinin tələbələrinin çıxışı ilə davam etdi. Onların ifasında dahi bəstəkarların və klassik Azərbaycan musiqisinin şah əsərləri səsləndirildi. Fidan Hacıyeva və digər solistlərin “Azərbaycanım” mahnısı ilə yekunlaşan tədbirdə bütün iştirakçılar Bank tərəfindən fəxri "Yelo Stars" sertifikatı ilə təmin olundular.
Qeyd edək ki, "Yelo Stars" müsabiqəsinin ifaçıları müxtəlif departamentin əməkdaşları olub, fərqli peşələrdə fəaliyyət göstərirlər. Layihənin iştirakçıları arasında ən kiçiyi 7 yaşında olmaqla, Yelo əməkdaşlarının övladları da yer alırdı. Onların böyük əksəriyyəti peşəkar musiqi ilə məşğul olmasa da, istedadları ilə səhnədə ulduztək çıxış etdilər. Yelo Bank-ın bu tədbiri həyata keçirməkdə əsas məqsədi əməkdaşlarının musiqi fəaliyyətinə dəstək olmaq və onlara böyük auditoriyalı səhnədə ifa təcrübəsini yaşatmaq idi.
Xatırladaq ki, Yelo Bank bundan öncə 8 Mart - Qadınlar gününə həsr olunmuş konsertin təşkili ilə yadda qalıb. Baş ofisdə həyata keçirilmiş konsertdə Fidan Hacıyeva və onun "Mezzo" orkestri klassik seçmələrdən ibarət proqramla çıxış etmişdilər. Bu cür tədbirlərin keçirilməsi klassik musiqinin təbliğinə dəstək verir.Yelo Bank gələcəkdə öz tədbir zalında daha bir maraqlı layihə ilə gənc və həvəskar musiqiçilərə dəstək verməyi planlaşdırır.
Bank xidmətləri, həmçinin ipoteka haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
İrəvan Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsinə razılıq verib
Bakı və Tokio ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Əsədov və Offord enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər
Azərbaycan 10 ay ərzində Çinə $30 milyon dəyərində polietilen ixrac edib
Azərbaycan 11 ay ərzində aqrar sənaye məhsullarının ixracını 6% artırıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
İsrail HƏMAS-la danışıqlar aparmır
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək