2022-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımı 5,3%, 2023-cü ildə - 3,6% təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun analitikləri belə hesab edirlər.
“İnterfaks-Azərbaycan” daha öncə məlumat verib ki, BVF-nin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,7%, 2023-cü ilsə - 2,5% təşkil edəcək.
Həmçinin, bvf BVF cari ildə Azərbaycanda ÜDM-in nominal həcmini $70,1 milyard (2021-ci ildə - $54,6 milyard), gələn il - $71,2 səviyyəsində proqnozlaşdırır.
Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc olunmuş oktyabr icmalının proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın neft sektorunda artım 0,7%, 2023-cü ildə - 0,5% təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə görə, cari ildə Azərbaycanda orta illik inflyasiya 12,2% (2021-ci ildə - 6,7%) təşkil edəcək, gələn il – 10,7%-dək azalacaq.
Fondun proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycandan mallar və xidmətlərin nominal ixracı $46,2 milyard (2021-ci ildə - $25,5 milyard), 2023-cü ildə - $49 milyard, 2022-2023-cü illərdə Azərbaycana idxal müvafiq olaraq $20,3 milyard və $22,3 milyard (2021-ci ildə - $16,3 milyard) tə.kil edəcək.
BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini $22,2 milyard və ya ÜDM-in 31,7%-i səviyyəsində (2021-ci ildə - ÜDM-in 15,2%-i), 2023-cü ildə - $22,4 milyard və ya ÜDM-in 31,4%-i səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır. Həmçinin, qeyri-neft ÜDM-in artımını 5,5% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, həmçinin qeyri-neft sesktorunda artım 7,2%, neft sektorunda – 1,8% təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət