Yelo Bankmüştəriləri üçüninnovativ həlləri tətbiq etməyə davam edir. Bank bu dəfə kart müştərilərinə Apple Pay təmassız ödəmə üsulunu əlçatan etdi. Bunun üçün sadəcə iPhone smartfonu,Apple Watch saatınıvə ya iPad planşetiniödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Apple Pay-in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir.Apple Pay-ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də Apple serverlərində saxlanılmır.Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərəkşifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Yelo kartı Apple Pay-də aktivləşdirmək çox asandır:
·Yelo mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin
·“Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin.
Prosesi yekunlaşdırdıqda seçdiyinizkartı iPhone, Apple Watch, iPad, Maccihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edə biləcəksiniz.
Apple Pay xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər.
Yelo mobil tətbiqini yükləmək üçünhttps://bit.ly/ylapple və Apple Pay haqqında daha ətraflı məlumat üçünhttps://bit.ly/yaplpay linklərinə keçid edə bilərsiniz.
Bank xidmətləri, həmçinin, məzənnə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət