1 iyul 2022-ci il tarixində Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 290,9 milyon manat həcmində qiymətləndirilir, bu da 2021-ci ilin sonuna olan göstricidən 18% və ötən ilin iyun ayının sonuna olan göstəricidən 36,6% çoxdur.
Bu barədə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi Hesablama Palatasının 2023-cü il dövlət büdcəsi layihəsi üzrə rəyində qeyd olunur.
Palatanın materiallarına əsasən, 1 iyul 2022-ci il tarixinə əsas vergi borcunun məbləği 1 milyard 507,8 milyon manat (1 iyul 2021-ci ilin göstəricisi ilə müqayisədə artım 36,8% - İF), maliyyə sanksiyaları – 265,7 milyon manat (+14,1%), penya – 517,5 milyon manat (+51,3%) təşkil edir.
Vergi borclarının strukturunda 2 milyard 124,4 milyon manat (+31,6%) və ya bütün borcların 92,7%-i qeyri-neft sektoru, 166.5 milyon manat (+ 2,6 dəfə) və ya 7,3%-i neft sektorunun payına düşür.
Ümumilikdə, özəl təşkilatların vergi borcları 1 milyard 923 milyon manat (+ 34,2%) və ya bütün borcların 83,9%-i səviyyəsində, dövlət sektorunun – 367,9 milyon manat (+50,5%) və ya 16,1%-i səviyyəsində qiymətləndirilir.
Palatanın məlumatına görə, 1 iyul 2022-ci il tarixinə Azərbaycanın dövlət büdcəsinə vergi ödəyicilərinin köçürdükləri əlavə vergilərin həcmi 2 milyard 187,6 milyon manat təşkil edir, bu da 2021-ci ilin sonuna olan göstəricidən 26,6% və 30 iyun 2021-ci ilə olan göstəricidən 3,1% çoxdur. **
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət