Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) istixanaların ərazisinin genişlənməsi üçün Azərbaycanın «H and M Agro LLC» şirkətinə $2 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.
“İnterfaks-Azərbaycan” banka istinadən məlumat verir ki, kredit Azərbaycan manatı ilə ayrılır.
Layihənin ümumi dəyəri $3,98 milyon həcmində qiymətləndirilir, bunun $1,98 milyonu – borcalanın vəsaitidir.
“H and M Agro LLC” kredit hesabına hidropon istixanalarının sahəsini (Salyan rayonunda) 5 hektardan 10 hektara qədər genişləndirməyi planlaşdırır. Bu, şirkətə məhsuldarlığı artırmağa, həmçinin adi istixanalarla müqayisədə su istehlakını azaltmağa imkan verəcək.
“H and M Agro LLC” MMC müasir istixanalarda pomidor, xiyar və bibər yetişdirilməsi ilə məşğul olur. Şirkət azərbaycanlı iş adamı Kənan Rəsulova məxsusdur.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 184 layihənin maliyyələşdirilməsinə 3,8 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 32 layihə daxildir və onların həyata keçirilməsinə 913 milyon avro ayrılıb (2022-ci il sentaybrın 3o-nə olan vəziyyətə görə - İF).**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət