VTB (Azərbaycan) və Basketbol federasiyası əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Müqaviləyə əsasən Bank Azərbaycan basketbol liqasının rəsmi tərəfdaşı olub. Tərəfdaşlıq bir il müddətinə nəzərdə tutulub.
“VTB üçün idmana və bədən tərbiyəsinə dəstək respublika ərazisində gördüyümüz işin mühüm hissəsidir. Biz sağlam həyat tərzini təbliğ etməyə çalışırıq və mühüm dövlət layihələrinin inkişafında iştirak etməkdən məmnunuq. Azərbaycanda bu, artıq bizim üçün yaxşı ənənəyə çevrilib - uşaq futbolu, qaçış, səmti müəyyən etmə və digər idman növləri üzrə yarışlara sponsorluq edirik. Bu təcrübə əməkdaşlarımızın da “formada qalması” üçün yaxşı stimuldur. Biz milli basketbol liqasında rəqabətin artmasına, idmançıların və klubların səviyyəsinin ümumi artımına və getdikcə daha çox həvəskar və peşəkarların, xüsusən də gənclərin basketbola cəlb olunmasına töhfə verməkdən məmnunuq”, - deyə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri İqor Okaev deyib.
VTB (Azərbaycan) sosial məsuliyyətli bank kimi müxtəlif idman tədbirlərinə sponsorluq etməklə Azərbaycan idmanını fəal şəkildə dəstəkləyir. Bu il VTB “Qızıl Payız” və “Qaçan Flaminqo” cığır qaçışı üzrə yarışlarını, səmti müəyyən etmə üzrə turnirini və dağ idman klubunun açıq çempionatını maliyyələşdirib. Bank həmçinin uşaq futbolu yarışlarını dəstəkləyir, xüsusən də bu yay 11 yaşadək uşaqlar arasında “VTB Azərbaycan Kuboku” futbol turnirini təşkil etmişdir.
Məlumat üçün:
Azərbaycan Basketbol Federasiyası 1992-ci ildə yaradılıb. 1994-cü ildə Beynəlxalq Basketbol Federasiyasının tamhüquqlu üzvü oldu. 2006-cı ildə Azərbaycanın kişilərdən ibarət komandası Albaniyada keçirilən FİBA Avropa İnkişaf Kubokunda iştirak edərək birinci yeri qazanıb. Hazırda Azərbaycan Basketbol Liqasında 8 komanda təmsil olunur.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət