Qazaxıstan 2025-ci ilə qədər nəqliyyat marşrutlarının şaxələndirilməsinə və logistikanın inkişafına $20 milyard sərmayə cəlb etməyi planlaşdırır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 15 ildə Qazaxıstan sənayenin inkişafına $35 milyard yönəldib.
Tokayev türk dövlətlərini nəqliyyat və logistika sahələrini inkişaf etdirməyə çağırıb.
“Hazırkı keçid dövründə nəqliyyat və tranzit kommunikasiyalarının potensialının artırılması və onların imkanlarından maksimum istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Üç qardaş dövlətin - Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) bariz nümunə ola bilər. Buna görə də nəqliyyat və logistika sahələrinin inkişaf etdirilməsini prioritet hesab edirik”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Tokayev, həmçinin startaplara investisiyaların cəlb edilməsi üçün türk ölkələrinin vençur fondunun yaradılması ideyasını irəli sürüb.
“Astana Hub beynəlxalq texnoparkının bazasında Türk Dövlətləri Təşkilatının rəqəmsallaşdırma mərkəzinin yaradılmasını təklif edirəm. Bu qurum ticarət, nəqliyyat, informasiya təhlükəsizliyi və digər mühüm sahələr üçün zəruri rəqəmsal həllərin hazırlanmasına imkan verəcək. Bu təşəbbüsün effektiv şəkildə həyata keçirilməsi üçün türk ölkələrinin vençur fondunun yaradılmasını təklif edirəm. Bu fond vasitəsilə mühüm startap layihələrinə investisiya cəlb olunacaq”, - deyə o bildirib.
Bundan başqa, Tokayev TDT ölkələrini İT sahəsində fəal əməkdaşlığa çağırıb, belə ki, “mövcud geosiyasi şəraitdə ölkələr texnoloji cəhətdən bir-birindən getdikcə daha çox təcrid olunur”.
Öz növbəsində, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdə TDT ölkələrini ticarət-iqtisadi əməkdaşlığın əsaslarını gücləndirməyə çağırıb.
“Təşkilata üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi xarici ticarətin ümumi həcminin cəmi 4%-ni təşkil edir. Təbii ki, heç birimiz bu vəziyyətlə qane ola bilmərik”, - deyə Ş.Mirziyoyev vurğulayıb. O əlavə edib ki, ölkələr arasında ticarətdə bəzi gömrük tarifləri yüksək olaraq qalır.
Özbəkistan Prezidenti bu strateji istiqamətdə vəziyyəti kökündən dəyişmək, ticarətin, investisiyaların və xidmətlərin sərbəst hərəkətini təmin etmək məqsədilə TDT çərçivəsində “Yeni iqtisadi imkanlar məkanı”nın yaradılması təşəbbüsünü irəli sürüb.
Onun sözlərinə görə, bu tədbirlər qarşılıqlı ticarət həcminin artırılmasına və üçüncü ölkələrin bazarlarına birgə çıxışa, əlavə dəyər zəncirlərinin, yüksək texnoloji klasterlərin və vençur şirkətlərin yaradılmasına yönəlib.
O, həmin planı həyata keçirmək üçün təşkilata üzv ölkələrin və müşahidəçilərin, eləcə də dünya biznesinin aparıcı nümayəndələrinin iştirakı ilə hər il Beynəlxalq Türk İqtisadi Forumunun keçirilməsini təklif edib.
TDT ölkələrinin nəqliyyat sahəsində əlaqələrinin möhkəmləndirilməsi ideyasını dəstəkləyən Mirziyoyev qeyd edib ki, Özbəkistan xarici ticarət yüklərinin 10%-ni TBNM vasitəsilə nəql edir. O, təşkilata üzv ölkələri Türkiyə və Özbəkistan arasında bu yaxınlarda tətbiq olunan nəqliyyat sahəsində elektron icazə mübadiləsi sisteminə qoşulmağa çağırıb.
Özbəkistan lideri, həmçinin TDT ölkələrinin ərzaq təhlükəsizliyi sahəsində böyük potensialını qeyd edib və qlobal və daxili bazarların ehtiyaclarına, eləcə də təşkilat ölkələrinin istehsal imkanlarına əsaslanaraq təşkilat çərçivəsində ərzaq məhsullarının səmərəli təchizatı sisteminin yaradılmasına dair çoxtərəfli sazişin qəbul edilməsini təklif edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət