Bakı ilə Minsk arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu barədə Belarus baş nazirinin müavini İqor Petrişenko Azərabycanın baş naziri Əli Əsədovla görüş zamanı bəyan edib.
“Ölkələrimizin liderləri ilə iki qardaş xalq arasında möhkəm dostluğa əsaslanan Belarus və Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Təbii haldır ki, dünyanın mürəkkəb siyasi konyunkturası münasibətlərimizə heç bir mənfi təsir göstərməyib. Əksinə, biz çətin dövrlərdə hər zaman bir-birimizi dəstəklədik və bu ənənə qorunub saxlanılır. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq - Belarus ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının flaqmanıdır”, - Petrişenko deyib.
Baş nazirin müavini qeyd edib ki, bərabər hüquqlu və qarşılıqlı faydalı şəraitdə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq bu il keçirilən ikitərəfli tədbirlər zamanı dəfələrlə təsdiqlənib. “Həmçinin, may ayında Belarusun baş nazirinin Azərbaycana səfəri, avqustda Çolpo-Ata şəhərində hökumət başçılarının görüşünün nəticələri, o cümlədən, iyunun 1-də keçirdiyimiz Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı. Biz iqtisadi sahədə konkret əməkdaşlıq istiqamətlərini müyyən etdik və müvafiq sənədlər imzaladıq. Onların icrasının təminatı – hökumətlərarası komissiyanın vəzifələrindən biridir”, - Petrişenko vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyi Belarus mətbuatına istinadən məlumat verib ki, Petrişenko əminliklə bildirib ki, “bugünkü görüş ikitərəfli razılaşmaların reallaşdırılması barəsində saatları tutuşdurmağa”, səfər və tədbirlərin keçirilməsi planlarını müzakirə etməyə, qarşılıqlı faydalı əməkdaşlığın konkret istiqamətlərini müəyyən etməyə imkan verəcək.
“Operativ reaksiya verə biləcəyimiz bu cür yeni imkanlardan yalnız bir misal gətirəcəm. Azərbaycanın tranzirt potensialının intensiv artımı və yük dəmir yolu vaqonlarına meydana gələn mühüm dərəcədə tələbatını nəzərə alaraq, biz sizə müxtəlif növ vaqonları tədarük etməyə hazırıq – neft sisternlərindən tutmuş konteynerlərin daşınması üçün yük dəmir yolu platformalarına qədər, o cümlədən, konteynerlərin özlərini. İki Belarus vaqonqayırma zavorunun gücləri bunu ən qəsa zamanda həyata keçirməyə imkan verir”, - baş nazirin müavini qeyd edib.
“Əminəm ki, ölkələrimizin rifahı naminə istifadə edə biləcəyimiz çox sayda ehtiyatlarımız və qarşılıqlı səmərəli əməkdaşlıq sahələri mövcuddur. Birgə səylərlə iqtisadi əməkdaşlığımızın keyfiyyətcə daha yüksək səviyyəyə qalxmasını təmin edə biləcəyik”, - Petrişenko əlavə edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət