Bakı və Minsk qarşılıqlı faydalı şərtlərlə ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək, maşınqayırma sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir.
Bu məsələ Belarus baş nazirinin müavini İqor Petrişenkonun Bakıda apardığı danışıqlar zamanı müzakirə edilib.
“İnterfaks-Azərbaycan” agentliyi Belarus mətbuatına istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı faydalı şərtlərlə daha da genişləndirilməsi və şaxələndirilməsi istiqamətində işləməklə bağlı razılığa gəliblər.
2023-cü ildə hökumət nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri, tərəflərin keçirdikləri beynəlxalq sərgi və biznes forumlarda iştirak, eləcə də hökumətlərarası komissiya səviyyəsində fəal əməkdaşlıq ticarət-iqtisadi əməkdaşlığın daha da inkişafına kömək edəcək.
2021-ci ilin yekunları üzrə qarşılıqlı ticarət dövriyyəsi demək olar ki, iki dəfə artıb, bu il də əsas mal mövqeləri üzrə ticarətdə artım müşahidə olunur.
“Həmçinin Azərbaycanda yeni kooperasiya layihələri də inkişaf etdirilməlidir. Tərəflər maşınqayırma sahəsində birgə layihələrin yaradılması üzərində işləməyi, xüsusilə Gəncə Avtomobil Zavodunun bazasında yığılan Belarus texnikasının nomenklaturasını genişləndirməyi planlaşdırırlar”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət