Azərbaycan və Rusiya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın böyük perspektivləri var, investisiya əməkdaşlığı inkişaf edir. Bunu Azərbaycanın baş naziri Əli Əsədov deyib.
“Rusiya şirkətlərinin Azərbaycanın sənaye parklarının layihələrində iştirakı üçün yaxşı perspektivlər var. Bu mərhələdə bir sıra yeni təşəbbüslərlə bağlı danışıqlar davam edir”, - deyə o, bu gün Bakıda rusiyalı həmkarı Mixail Mişustinin iştirakı ilə keçirilən tədbirdə bildirib.
Ə.Əsədov hesab edir ki, nəqliyyat və tranzit Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətidir. Cari ilin 10 ayı ərzində iki ölkə arasında yükdaşımaların həcmi 22%-dən çox artıb.
Baş nazir Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin böyük əhəmiyyətini vurğulayıb.
“Cari ilin 9 ayı ərzində bu marşrutla yükdaşımalar 15%-dən çox artıb, layihənin tam gücü ilə işə salınması regionun inkişafına, ölkələrimizin, eləcə də digər iştirakçı dövlətlərin ticarətinə, tranzitinə və ümumi iqtisadi inkişafına kömək edir. Zəngəzur dəhlizi nəqliyyat və logistika sahəsində yeni imkanlar yarada bilər”, - deyə Ə.Əsədov əlavə edib.
Onun fikrincə, Moskva və Bakı, həmçinin neft-qaz sahəsində də uğurla əməkdaşlıq edir, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq da perspektivli olacaq.
Ə.Əsədov bu gün Rusiya-Azərbaycan əməkdaşlığının strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət