“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yollarının tikintisi layihələrini 2025-ci ilədək yekunlaşdırmağı planlaşdırır. Bunu ADY-nin sədri Rövşən Rüstəmov deyib.
“Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun təməli 2021-ci ilin fevralında qoyulub. Hazırda layihə üzrə işlərin 78%-i, tikinti işlərinin 38%-i yerinə yetirilib”, - deyə o, “news.ru” nəşrinə müsahibəsində bildirib.
Sədrin sözlərinə görə, daha bir layihə - uzunluğu 47,1 kilometr olan Bərdə-Ağdam layihəsi üzrə layihələndirmə işlərinin 90%-i, tikinti işlərinin 58%-i yerinə yetirilib.
“Bu layihələri 2023-2024-cü illərdə tam istismara verməyi planlaşdırırıq. Zəngəzur dəhlizinə gəlincə, biz onun işə salınmasının şərtlərini hazırlayırıq. Əslində bu istiqamət Avropaya yeni marşrut yaradır. Zəngəzur dəhlizi daha qısa, asan, Avropaya daha yaxşı çıxış imkanına malikdir və bu, Azərbaycanın tranzit potensialını artıra bilər”, - deyə R.Rüstəmov qeyd edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət