2023-cü ildə Azərbaycanın bank sektorunun artım tempi daha yumşaq olacaq, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev belə hesab edir.
“Postpandemiya dövründə biz Azərbaycanın bank sektorunda sürətli artım müşahidə edirik. Xüsusilə, son bir il ərzində (30 sentyabr 2021-ci ildən 30 sentyabr 2022-ci ilədək - İF) bankların aktivləri 26% - 43,6 milyard manatadək, kredit portfeli – 23% - 19,2 milyard manatadək, həmçinin biznes kreditləri – 20% - 10,8 milyard manata qədər artıb. Banklarda əhalinin əmanətləri 27% artaraq 11 milyard manata çatıb, əmanətlər üzrə dollarlaşmanın səviyyəsi 39,2%-dək azalıb”, - Nuriyev cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, ümumilikdə “biz 2023-cü ildə bank sektorunun artım tempinin daha yumşaq olacağını gözləyirik”.
Nuriyev vurğulayıb ki, indi innovasiyaların tətbiqi üçün optimal vaxtdır. “Bank sektoru üçün prioritetlərdən biri rəqəmsal transformasiya, rəqəmsal bankların yaradılması üçün şərtlərin formalaşdırılmasıdır. Bir sıra ölkələrdə, misal üçün Türkiyə, Böyük Britaniya, Sinqapurda artıq rəqəmsal banklar üzrə qanunvericilik bazası var. Bizdə də bank sahəsində rəqabətin artırılması üçün bu istiqamətdə işi aktivləşdirmək olar”, - ABA-nın prezidenti əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət