2023-cü il üçün Dövlət Neft Fondunun (ARDNF) büdcəsi 2 milyard 401 milyon 389,3 min manat səviyyısində proqnozlaşdırılır.
2023-cü il üçün ARDNF-nin gəlirləri 8 milyard 990 milyon 947,2 min manat (2022-ci il üçün proqnozdan 43,1% az), xərcləri – 11 milyard 392 milyon 336,5 min manat (-1,8%) səviyyəsində proqnozlaşdırılır.
Bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsi üzrə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi rəydə bildirilib.
2023-cü il üçün ARDNF-nin gəlirləri bir barel neftin orta qiyməti $50-dan hesablanıb (2022-ci il üçün - $85).
Layihəyə əsasən, 2023-cü ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 6 milyard 571 milyon 387,3 min manat və ya fondun bütün gəlirlərinin 73.1%-ni təşkil edəcək.
Neft-qaz şirkətləri tərəfindən ödəniləcək bonuslar 800 milyon 756,7 min manat, tranzit gəlirləri 23 milyon 590 min manat, ARDNF-in valyuta aktivlərinin idarə olunmasından əldə edilən gəlir - 1 milyard 590 milyon 905,4 min manat, akrhesabı ödənişlər – 4 milyon 307,8 min manat məbləğində proqnozlaşdırılır.
ARDNF-in xərclərinin strukturunda 11 milyard 280 milyon manat və ya bütün xərclərin 99%-i dövlət büdcəsinə transfertlərin, 38 milyon 515 min manat 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının icrası xərclərinin payına düşəcək.
Bundan başqa, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 37 milyon 101,5 min manat, “2022-2026-cı illər üçün Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Dövlət Proqramının maliyyələşdirilməsi xərcləri 36 milyon 720 min manat məbləğində nəzərdə tutulub.
Xəbər verildiyi kimi, ARDNF-in 2022-ci il büdcəsinin gəlirləri 15 milyard 789 milyon 147,9 min manata qədər artırılıb, xərcləri isə 11 milyard 597 milyon 136,5 min manata qədər azaldılıb. Beləliklə, Fondun büdcəsinin profisiti 4 milyard 192 milyon 11,4 min manat məbləğində proqnozlaşdırılır.
2022-ci ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 14 milyard 993 milyon 401,2 min manat təşkil edəcək.
ARDNF-in xərclərinin strukturunda 11 milyard 517 milyon 500 min manat və ya 99,3% dövlət büdcəsinə transfertlərin payına düşəcək.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət