Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişməsi məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edildi.
Yeniliklərlə tanış olmaq məqsədilə, “Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət etdi və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirə apardı. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənir.
“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı Direktoru Qunnar Panke Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür etdi. ““Nar” olaraq, mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada, universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir.” – deyə Qunnar Panke bildirdi.
Göstərdiyi dəstəyə görə, mobil operatora minnətdarlığını bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğuladı: “Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.”
Qeyd edək ki, “Nar” GSM Laboratoriyası 2013-cü ildə “Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət