“AzAbrau” şirkəti (Rusiyanın “Abrau-Durso” şirkətinin törəməsi) Azərbaycanda şərab istehsalı ilə yanaşı, şərab turizmi və enoqastronomiya sahəsində layihələri inkişaf etdirməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu “Abrau-Durso”nun prezidenti Pavel Titov deyib.
““AzAbrau” şərab turizmi mərkəzi Şəkidə yaradılacaq. Burada interaktiv muzey kompleksi, müxtəlif turizm marşrutları olacaq, bütün ərazilərdə irimiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçiriləcək”, - deyə o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Titovun sözlərinə görə, 2023-cü ilin əvvəlində Bakıda “1870 Abrau-Durso Wine&Food” konseptual restoranının açılması planlaşdırılır.
“Bu restoran “Abrau-Durso” və “AzAbrau”nun şərab kolleksiyasının təqdim olunacağı restoran və şərab butikinin unikal birləşməsi olacaq”, - deyə “Abrau-Durso”nun prezidenti vurğulayıb.
Xəbər verildiyi kimi, “Abrau-Durso” Şirkətlər Qrupunun törəmə müəssisəsi olan “AzAbrau” MMC 2021-ci ilin dekabr ayında “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Müəssisə ildə 2,6 milyon şüşə şərab istehsal etmək imkanına malikdir.
Müəssisə 2008-ci ildə açılıb.
“AzAbrau” MMC premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur.
Əsası 2006-cı ildə qoyulmuş Şəki şərab zavodu Çələbixan qəsəbəsində yerləşir. Zavodun nizamnamə kapitalı 4,5 milyon manatdır.
Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” şirkətinin məhsulları 20-dən çox ölkəyə ixrac edilir. Şirkət biznes-ombudsman Boris Titovun ailəsinə məxsusdur. “Abrau-Durso” PSC-nin səhmləri Moskva birjasında dövriyyədədir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət