Rusiya Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına hərtərəfli yardım etməkdə maraqlıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
“Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıyıq”, - deyə o vurğulayıb.
Öz növbəsində, C.Bayramov Moskva və Bakı arasında aparılan dialoqun intensivliyini qeyd edib. Onun sözlərinə görə, danışıqların mühüm mövzusu münaqişədən sonrakı məsələlər və üçtərəfli razılaşmaların icrasıdır.
XİN başçısı qeyd edib ki, Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında fəal dialoqun sübutudur.
“İkitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində müntəzəm təmaslarımız yaxşı ənənəyə çevrilib. Azərbaycanla RF arasında bütün səviyyələrdə danışıqlar prosesinin intensivliyi ölkələrimiz arasında mövcud olan dialoqun intensivliyinin bariz təzahürüdür”, - deyə C.Bayramov vurğulayıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət