2021-ci ildə SOCAR üzrə 1000 m3 qazın istehsal maya dəyəri 61,23 manat təşkil edib və 2020-ci illə müqayisədə cəmi 0,1% azalıb. Bu göstəricilər şirkətin 2021-ci il üzrə hesabatında öz əksini tapıb. Hesabat SOCAR-ın saytında dərc olunub.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2021-ci ildə şirkət üzrə 1000 m3 qazın istehsal maya dəyəri (mədən vergisiz) 49,11 manat (azalma 0,7%) təşkil edib.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,7%, əmək haqqı 12,1%, sosial sığorta fonduna ayırmalar 2,7%, amortizasiya ayırmaları 20,8%, əsas vəsaitlərin təmiri 5,8%, əsas vəsaitlərə texniki xidmət 5,2%, nəqliyyat xərcləri 12,1%, mədən vergisi 18,6% və s. təşkil edir.
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, şirkətin digər xərcləri, qazın emalı, saxlanması, nəqli və “Azərkontrakt” ASC-dən alışına çəkilən xərclər nəzərə alınmaqla 2021-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 121,9 manat təşkil edib.
Qazın maya dəyərinin azalması keçən ilə nisbətən əmək haqqı xərclərinin, əsaslı təmir xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin azalması hesabına baş verib. Belə ki, əmək haqqı xərcləri 6%, əsaslı təmir xərcləri 24,3%, nəqliyyat xərcləri 10%, mühafizə xərcləri 22,5% azalıb.
2021-ci ildə SOCAR üzrə qaz hasilatı 7 milyard 860,7 milyon kubmetr (artım 7%), “Azneft” İB üzrə 6 milyard 433,2 min kubmetr (artım 8,6%), əməliyyat şirkətləri və müştərək müəssisələr üzrə 1 milyard 427,5 milyon kubmetr (artım 0,4%) təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət