Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycana işgüzar səfəri çərçivəsində respublikalar arasında əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün ölkənin strateji obyektləri və qabaqcıl müəssisələri ilə tanış olub.
“İnterfaks-Azərbaycan” agentliyi Dağıstan rəhbərinin saytına istinadən xəbər verir ki, Məlikov Avropa və Asiyanı birləşdirən mühüm tranzit infrastrukturu nöqtəsi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baş çəkib.
Limanın baş direktoru Taleh Ziyadov bu obyektin mövcud gücləri və inkişaf perspektivlərindən danışıb. Bakı Limanının tikintisinin birinci mərhələsi 2018-ci ildə başa çatıb. Bu, limanın ötürmə qabiliyyətini ildə 15 milyon tona və 100 min TEU konteynerə qədər artırmağa imkan verib. Tikintinin ikinci mərhələsinin texniki-iqtisadi əsaslandırması üzrə işlərin 2023-cü ilin ortalarına qədər başa çatacağı gözlənilir. Nəqliyyat qovşağının ötürmə qabiliyyəti ildə 500 min konteynerə qədər artacaq.
Öz növbəsində, Məlikov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi əhəmiyyətini qeyd edib. Onun fikrincə, dəniz daşımalarının təşkili üçün hər cür xidmətlər göstərən liman həmişə iqtisadi inkişafı ilə seçilib.
Bu istiqamətin inkişaf perspektivlərindən danışan Dağıstan rəhbəri vurğulayıb: “Dünya iqtisadiyyatı göstərir ki, Böyük İpək Yolunun bərpası tendensiyası müşahidə olunur. Daşımalara tələbat var, yük axınları artır, bazarlar dəyişir, Xəzərdə dəniz mərkəzlərinin yaradılması çox tələb olunan istiqamətə çevrilir”.
Öz növbəsində, Ziyadov qeyd edib: “Bizim “beşulduzlu” mərkəzə çevrilmək şansımız böyükdür, bu isə digər regional nöqtələrin yaradılmasına təkan verir. Məsələn, Dağıstanda, Türkmənbaşı və ya Aktauda”.
Məlikov, həmçinin strateji coğrafi mövqeyə malik Ələt azad iqtisadi zonasının imkanları ilə tanış olub.
Dağıstan rəhbəri işgüzar səfər çərçivəsində 2011-ci ildə yaradılmış Bakı Gəmiqayırma Zavodunda da olub. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan müəssisədə indiyədək 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmiri və modernləşdirilməsi layihəsi icra olunub.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət