-Cənab Rubli, siz Asiya İnkişaf Bankını təmsil edirsiniz. AİB-in Azərbaycandakı fəaliyyəti və AccessBank-a investisiyasının təşkilatın ölkə üçün mandatına uyğunlaşması haqda nə deyə bilərsiniz?
- AİB 1999-cu ildən bəri Azərbaycanda fəaliyyət göstərir və iqtisadiyyatın şaxələndirilməsi, sosial inklüzivlik və ekoloji dayanıqlığın dəstəklənməsi məqsədilə ölkədə iş mühitinin gücləndirilməsi üçün dövlət və özəl sektora təxmini 5.2 milyard ABŞ dolları məbləğində yardım edib. Bank eyni məqsədlər üçün çoxsaylı texniki yardım layihələri həyata keçirib. AİB-in ölkə ilə əlaqəsi enerji və maliyyədən tutmuş, səhiyyə və təhsilə qədər bir sıra sektorlara yönəlib.
AİB-in AccessBank-ın səhmdarları sırasında yer almasının səbəbi Bankın ölkədə mikromaliyyə və kənd təsərrüfatı sektorlarının inkişafına dəstəyinin davamlı olmasını görmək istəyidir.
AccessBank 2015-ci ildən sonra bir çox çətinliklərlə üzləşsə də, Bank hazırda ölkənin ən böyük müştəri bazalarından birinə nümunəvi xidmətlər təqdim edir, davamlı şəkildə böyüyür və çox möhkəm təməl üzərində dayanır.
-İnkişaf etməkdə olan bazarlarda, o cümlədən də Azərbaycanda maliyyə inklüzivliyi AİB üçün nə ifadə edir? Bu, bank xidmətlərinin əhatə dairəsini genişləndirməkdir, yoxsa bundan da artığıdır?
- Maliyyə inklüzivliyi, yəni əhalinin müxtəlif təbəqələrinin maliyyə resurslarına çıxışını təmin etmək sosial, coğrafi və bizneslə əlaqəli bir çox komponentləri əhatə edir. Maliyyə əlçatanlığı nə qədər yüksək olursa, iqtisadi artım potensialı da bir o qədər çox olur. Bu da öz növbəsində gəlirləri artırır, əhalini yoxsulluq həddindən mümkün qədər uzaqlaşdırır və ölkənin iqtisadi sabitliyini artırır.
-Ən böyük səhmdarın (AİB) yaxın 5 ildə AccessBank-dan gözləntiləri nədir?
- Həm kapitalın rentabelliyini, həm də geniş müştəri xidmətlərini təmin etmək üçün portfel keyfiyyəti, kapital adekvatlığı və gəlirlilik kimi əsas göstəricilərdə təkmilləşdirmə gözləyirəm. Əminəm ki, bankın bütün kollektivi, o cümlədən baş ofisin və ölkə üzrə filialların əməkdaşları gözləntilərimizi doğruldacaq və daha da böyük nailiyyətlər əldə edəcəklər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət