Türkiyə Türkmənistan qazının Avropaya nəqli marşurtunda vacib hab olacaq. Bu barədə prezident Rəcəb Tayyip Ərdoğan bəyan edib.
Ərdoğan jurnalistlərlə söhbət zamanı qeyd edib ki, Türkmənistandan Xəzər dənizi vasitəsilə qaz ixracı mövzusu bu gün Bakı və Aşqabad arasında müzakirə olunur, digərləri arasında isə maliyyə yükünün bölgüsü məsələsinə baxılır. "Düşünürəm ki, Azərbaycan və Türkmənistan bu yükün bölühməsi ilə bağlı razılığa gəlməlidirlər. Əgər Türkiyə bu prosesin bir hissəsi olarsa, Ankara da xərclərin bir hissəsini öz üzərinə götürəcək. Əgər Aİ işə cəlb olunarsa, Brüssel nümayəndələri də maliyyə məsələsində iştirak etməli olacaqlar", - “Anadolu” agentliyi Türkiyə liderinin sözlərində sitat gətirir.
Ərdoğan məlumat verib ki, Türkmənistanın Avaza zonasında keçirilən üçtərəfli sammitdə əməkdaşlıq yollarının ətraflı müzakirəsi məqsədilə Türkiyə, Azərbaycan və Türkmənistan enerji nazirlərinin görüşünün təşkil edilməsi qərara alınıb. "Mən Türkiyənin energetika nazirinə bir ay ərzində Azərbaycan və Türkmənistandan olan həmkarlarla aparılan müzakirələrə dair nəticələr əldə etməyi tapşırdım. Bu qərarların nəticələrinə əsasən bu mövzunu yenidən müzakirə edəcəyik. 2023-cü ilin əvvəlində Türkmənistan prezidenti Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır. Ümid edirəm ki, bu məsələyə məhz o zaman nöqtə qoyacağıq", - Ərdoğan qeyd edib.
Türkiyə prezidenti məlumat verib ki, enerji mövzusunu Azərbaycan lideri İlham Əliyevlə müzakirə edəcək.
Türkiyə lideri TANAP qaz kəmərinin yüklənməsinə diqqət çəkib. "TANAP yüklənib - 32 milyard kubmetr. TAP boru kəməri ilə vəziyyət bənzərdir - 6 milyard kubmetr nəql olunur. Bu səbəbdən həmkarlar yeni qaz kəmərinin inşasının zəruriliyini müzakirə edəcəklər və artıq dialoqun yekununda yeni addımlar atacaqlar. Biz bu məsələni Avazada prezidentlər (Azərbaycan, Türkiyə və Türkmənistan - İF) səviyyəsində müzakirə etdik. İndi texniki baza, maliyyə çərçivələrinin müzakirəsinin zamanıdır, bu da gələcəkdə yeni addımlar atmağa imkan verəcək", - Ərdoğan əlavə edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət