“Base Metals” şirkəti 2009-2017-ci illərdə Ağdərə şəhəri ətrafında (Qarabağ iqtisadi rayonu) yerləşən “Qızılbulaq” qızıl yatağının qanunsuz istismarından $178 milyon qazanıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bəyan edib.
Onun sözlərinə görə, “Qızılbulaq” qızıl yatağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılan sazişə uyğun olaraq “R.V.Investment” şirkəti tərəfindən istismar olunmalıdır.
“Lakin yataq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olduğu üçün tərəflər arasında imzalanan saziş icra edilmir”, - Qasımlı qeyd edib.
O vurulaylb, Mərkəzin qiymətləndirmələrinə əsasən, “Base Metals” şirkəti “Qızılbulaq” yatağından hər ay 12 min ton filiz çıxarıb, saflaşdırma kombinatında ilkin emaldan sonra İrəvana aparıb və orada təkrar emal olunduqdan sonra dünya bazarına çıxarıb.
Qasımlı dünyanın ətraf mühit siyasəti sahəsində olan aparıcı beyin mərkəzlərinə müraciətində qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Azərbaycan Respublikasının daxili qanunvericiliyinin pozulur, beynəlxalq konvensiyaların tələblərinə əməl olunmur. O bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə “Qızılbulaq” və “Dəmirli” mədənlərində qanunsuz sahibkarlıqla məşğul olaraq qanuni sahibi Azərbaycan dövləti olan sərvətlərimizi talan edənləri 7 ilədək həbs cəzası gözləyir və onlar Azərbaycan Respublikasına dəymiş ziyanın 4 mislini dövlət büdcəsinə ödəməlidirlər. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət