Səudiyyə Ərəbistanı Azərbaycanda Avropaya ixrac olunacaq elektrik enerjisi istehsalı ilə bağlı layihələrdə iştirakda maraqlıdır. Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh deyib.
“Biz Azərbaycanın Avropaya elektrik enerjisi ixracı prosesində iştirak etmək istəyirik. Bizim “Acwa Power” şirkəti Azərbaycanda 240 meqavatlıq külək elektrik stansiyasının tikintisi layihəsində iştirak edir (şirkət bu layihəyə $300 milyon məbləğində vəsait qoyacaq). Lakin biz ölkədə daha böyük enerji layihələri həyata keçirə bilərik”, - deyə o, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 7-ci iclasında bildirib.
Xəbər verildiyi kimi, “ACWA Power”, həmçinin Azərbaycanda 500 MVt gücündə dənizdə külək elektrik stansiyasının tikintisi ilə maraqlanır.
Daha əvvəl Azərbaycan hökuməti elektrik enerjisinə daxili tələbatı ödəmək və Avropaya ixrac etmək üçün bərpa olunan enerji mənbələri sahəsində - günəş, külək elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi ilə bağlı iddialı planların olduğunu açıqlamışdı.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət