Rusiya Azərbaycan-Ermənistan sərhədində yaranan bütün mübahisəli məsələlərin diplomatik vasitələrlə həllinə tərəfdardır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi məsələsi ilə bağlı fikir mübadiləsi apardıq, hesab edirik ki, delimitasiya üzrə əməli işə başlamaq optimal həll ola bilər, bunun üçün müvafiq Azərbaycan-Ermənistan ikitərəfli komissiyası yaradılıb, tərəflər razılaşıblar ki, komissiya Rusiyanın məşvərətçi yardımı ilə fəaliyyət göstərəcək. Əlbəttə, bu mexanizmin tam, dayanıqlı işini təmin etməklə, güc tətbiqindən çəkinmək və bütün mübahisəli məsələləri yalnız diplomatik vasitələrlə həll etmək vacibdir”, - deyə o bildirib.
Rusiyalı nazir azərbaycanlı həmkarı ilə Laçın yolundakı vəziyyəti müzakirə etdiyini diqqətə çatdırıb.
“Biz təsdiq etdik ki, Rusiya sülhməramlıları vəziyyətin nizamlanması üçün müvafiq tərəflərlə təmaslarda mütəmadi olaraq çalışır, biz ən qısa zamanda nəqliyyat əlaqələrinin tam bərpasının və regionda filiz yataqlarının işlənilməsi ilə bağlı fikir ayrılıqlarının həllinin tərəfdarıyıq”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, Rusiya bütün tərəflərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında yer alan öhdəliklərə riayət etməsinin tərəfdarıdır. “Belə başa düşürəm ki, azərbaycanlı həmkarlarımızın da mövqeyi eynidir”, - deyə Rusiya XİN başçısı bildirib.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət