Dekabrın 24-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“Dövlət başçısı və ICESCO-nun baş direktoru əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər”, - deyə məlumatda bildirilib.
Salim bin Məhəmməd əl-Maliki İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident göstərilən diqqətə və təbrikə görə ICESCO-nun baş direktoruna minnətdarlığını bildirib.
Dövlət başçısı ərazilərimizin işğalı zamanı və işğaldan azad olunmasından sonra Azərbaycanın ədalətli mövqeyinin davamlı dəstəklənməsi və işğal dövründə ermənilərin torpaqlarımızda tarixi-mədəni abidələrimizi dağıtmaları barədə faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı ICESCO-nun və şəxsən Salim bin Məhəmməd əl-Malikinin fəaliyyətini yüksək qiymətləndirib. O, Salim bin Məhəmməd əl-Malikinin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərə görə də bir daha minnətdarlığını bildirib.
Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevi ICESCO-nun mənzil-qərargahına səfərə dəvət edib. Dövlət başçısı dəvəti minnətdarlıqla qəbul edib və öz növbəsində, Salim bin Məhəmməd əl-Malikini ölkəmizə səfərə dəvət edib. ICESCO-nun baş direktoru dəvəti məmnunluqla qəbul edib və təşəkkürünü bildirib.*
Xəbərlər şöbəsi
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət