Caspian Energy Club-ın İdarə Heyətinin üzvlərinin bu yaxınlarda keçirilən iclasına əsasən Caspian Energy Club-ın rəhbər heyətinin seçkiləri 2023-cü il mart ayının 15-nə təyin edilmişdir.
İclas iştirakçıları seçkilərin keçirilməsi şərtlərinə və Klubun İdarə Heyətinin üzvlərinin, habelə işçi qrupların, regional idarələrin, komitə rəhbərlərinin və bu komitələrin üzvlərinin təyin edilməsi proseduruna mühüm dəyişikliklər tətbiq ediblər. Belə ki, əgər əvvəllər sədr və idarə heyəti ayrı-ayrılıqda seçilirdisə, edilən dəyişikliyə əsasən, seçkilər zamanı sayı on iki üzvdən yeddi nəfərə endirilən yalnız idarə heyəti seçiləcək. Ən çox səs toplayan idarə heyətinin üzvü Caspian Energy Club-ın İdarə heyətinin sədri seçilir.
Caspian Energy Club-ın İdarə heyətinin üzvlərinin seçilməsi ilə bağlı yeni əsasnaməyə əsasən, statusundan asılı olmayaraq, Kluba üzv olan bütün şirkətlərin iştirak edəcəyi seçkilər ildə bir dəfə Caspian Energy Club üzvlərinin anonim ümumi səsverməsi ilə üçüncü ayın (mart) üçüncü çərşənbəsində keçiriləcək. Statusundan asılı olaraq, Kluba üzv olan şirkətlərin nümayəndələri aşağıdakı vəzifəyə özlərini irəli sürə bilərlər: İdarə Heyətinin üzvü vəzifəsinə Klubun 2 platin və 1 qızıl üzvlərindən namizəd. Qaliblər sadə səs çoxluğu ilə müəyyən ediləcək.
Xarici və regional nümayəndəliklərin, komitələrin və işçi qrupların rəhbərləri əvvəlki kimi ümumi yığıncaqda deyil, Caspian Energy Club-ın İdarə heyətinin üzvləri tərəfindən səsvermə yolu ilə təyin olunacaq. İdarə Heyətinin hər bir üzvünün bir səsi olacaq. Xarici və regional nümayəndəliklərin, komitələrin və işçi qrupların üzvləri bu bölmələrin rəhbərləri tərəfindən müstəqil şəkildə təyin olunacaqlar.
Səsvermə məlumatı səsvermənin başlanmasına ən azı 30 təqvim günü qalmış Klubun bütün üzvlərinə elektron poçt vasitəsilə göndəriləcəkdir. Seçkilərə 60 gün qalmış təbliğat-təşviqat kampaniyasına start veriləcək, bu kampaniya çərçivəsində namizədlər Caspian Energy Club üzvlərini seçki proqramı ilə tanış edə bilərlər.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət