Bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, Tehran Əliyev, Özbəkistan ərazisində "Caspian Energy Club"-un maraqlarını təmsil edəcək və eyni zamanda layihələrini idarə edəcək. Bunlarla yanaşı beynəlxalq “Caspian Energy Forum Uzbekistan”, “Caspian Energy Award Uzbekistan”, “Brand Award Uzbekistan” və həmçinin Özbəkistanın bütün regionlarında B2G və B2B forumlar, biznes-turlar və dairəvi masalar, “CEO Breakfast” və “CEO Lunchlar”,təşkil edəcək.
Tehran Əliyev ona göstərilən yüksək etimada görə “Caspian Energy Club”un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Tehran Əliyev Azərbaycan və Özbəkistan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edib, əlindən gələni edəcəyini vurğulayıb.
Əliyev Tehran Rizvan oğlu, 1985-ci ildə Şəki şəhərində anadan olub.
1991-cı ildə Şəki şəhəri 18 saylı orta məktəbə daxil olub. 2001-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsinin bakalavr pilləsinə qəbul olub.
2005-ci ildə həmin ixtisası bitirmiş və eyni ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsinin magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2016-cı ildə Almaniyanın Köln şəhərində “Menecerlər üçün təlim” aylıq proqramının iştirakçısı olmuşdur.
Universteti bitirdikdən sonra müxtəlif sahələrdə çalışıb. 2014-cü ildən isə Vitam MMC-də çalışır. Hazırda Vitam MMC-nin həmtəsisçisi və dirketorudur.
Şirkətin ABŞ, Özbəkistan və Gürcüstan respublikalarında şöbələrinin açılmasında aktiv iştirak etmiş, Özbəkistan və Gürcüstan şöbələrinə birbaşa rəhbərlik etməkdədir.
2022-ci ildə Caspian Energy Clubun tərkibində formalaşdırılmış “Yüngül sənaye və reklam” komitəsinin sədri və Şəki – Zaqatala iqtisadi regionu üzrə nümayəndə vəzifələrinə seçilmişdir.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət