Rusiya Laçın yolunun açılması ilə bağlı işi davam etdirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Biz Laçın yolunun tamamilə açılması ilə bağlı işi davam etdiririk. Rusiya Daxili İşlər, Müdafiə nazirlikləri və Qarabağdakı sülhməramlı kontingentin komandanlığının xətti ilə de-eskalasiya üçün ardıcıl addımlar atılır”, - deyə M.Zaxarova bildirib.
Onun sözlərinə görə, hazırda Laçın yolundan humanitar yardım kolonu keçir.
RF XİN rəsmisi vurğulayıb ki, Moskva bölgədəki sülhməramlılara qarşı ictimai hücum və təxribatları qəbuledilməz hesab edir.
M.Zaxarova qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasındakı münasibətlərdə son həftələrdə qeydə alınan neqativ tendensiyadan, bölgədə gərginliyin artmasından narahatdır.
“Azərbaycan və Ermənistanı xoşməramlı iradə nümayiş etdirməyə və kompromisləri birgə axtarmağa çağırırıq. Biz buna hərtərəfli kömək göstərəcəyik”, - deyə o əlavə edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət