Maliyyə axınları göstəriciləri 2022-ci ilin IV rübündə iqtisadi aktivliyin artdığını göstərir. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AMB 2022-ci ilin IV rübü üzrə sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabat dərc edib.
Hesabata əsasən, təhlillər maliyyə axınları ilə ÜDM arasında korrelyasiyanın yüksək olduğunu göstərir.
2022-ci ilin IV rübündə maliyyə axınlarının həcmi 26 milyard 354 milyon manat (2021-ci ildə 24 milyard 74,2 milyon manat), artım 9.5% təşkil edib
2022-ci ilin dördüncü rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (21.3%), tikinti (19.8%) və ticarət, nəqliyyat vasitələrinin təmiri (15.8%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1 milyard 979 milyon manat artım), ticarət, nəqliyyat vasitələrinin təmiri (1 milyard 418 milyon manat artım) və emal sənayesi (337 milyon manat artım) sahələri olub.
AMB qeyd edir ki, ötən ilin IV rübündə dövlət idarəetməsi və müdafiə sektoru üzrə daxilolmalar 5 milyard 614,5 milyon manat (-19,5%), tikinti üzrə 5 milyard 209,5 milyon manat (+61,3%), topdan və pərakəndə ticarət üzrə 4 milyard 163,2 milyon manat (+51,7%), emal sənayesi üzrə 2 milyard 319,3 milyon manat (+17%), mədənçıxarma sənayesi üzrə 1 milyard 978,1 milyon manat (+22,1%), maliyyə və sığorta fəaliyyəti üzrə 1 milyard 692,3 milyon manat (-28,2%) təşkil edib.
IV rübdə maliyyə axınlarının dinamikasında ən yüksək artım daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsi üzrə qeydə alınıb. Bu sahə üzrə ödəniş daxilolmaları 2.1 dəfə artaraq 237.7 milyon manat təşkil edib. Artıma töhfə əsasən şəxsi daşınmaz əmlakın istismara və kirayə verilməsi qrupundan irəli gəlib. Bu qrupda 4.7 dəfə və ya 158.5 milyon manat artım baş verib. Şəxsi daşınmaz əmlakın alınması və satılması qrupunda isə 6% azalma qeydə alınıb.
2022-ci ilin dördüncü rübündə ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 20%-ni təşkil etməklə 5.3 milyard manat, qeyri-ticari sektorda isə 80% təşkil etməklə 21 milyard manat olub.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət