Bu günədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) azad olunmuş ərazilərdə layihələrin həyata keçirilməsi ilə bağlı 1332 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə KOBİA-dan məlumat verilib.
“Onlardan 866-ı yerli, 466-sı xarici şirkətlərdir. Bütövlükdə, 37 ölkədən (əsasən Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiya) olan sahibkarlardan azad olunmuş ərazilərdə biznesin aparılması üçün müraciətlər daxil olub”, - deyə məlumatda bildirilib.
Müraciətlərin 569-u investisiya layihələri, 550-si xidmət göstərilməsi üzrə layihələr, 213-ü isə digər layihələrlə bağlıdır.
İnvestisiya layihələrinin 89%-i Azərbaycan, 11%-i xarici sahibkarlar tərəfindən təklif olunub. Bu layihələrin 35%-i ticarət və xidmət, 28%-i sənaye, 26%-i kənd təsərrüfatı, 11%-i tikinti, turizm, təhsil, səhiyyə və mədəniyyət sahələrini əhatə edir.
Təqdim edilmiş investisiya layihələrindən 140-nın Ağdam rayonunda, 120-nin Şuşada, 81-nin Füzulidə, 81-nin Kəlbəcərdə, 62-nin Laçında, 41-nin Zəngilanda, 36-nın Cəbrayılda, 35-nin Xocavənddə, 28-nin Qubadlıda, 1-nin isə Xocalıda həyata keçirilməsi təklif edilir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət