Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli məlumat verib ki, 12 dekabr 2022-ci il, ekoloji aksiyanın başladığı tarixdən 2023-cü il yanvarın 15-dək 644 avtonəqliyyat vasitəsi Laçın yolu ilə hər iki istiqamətdə keçib.
“12 dekabr 2022-ci il, dinc etiraz aksiyasırın başladığı tarixdən 2023-cü il yanvarın 15-dək Rusiya sülhməramlı kontingentinin, BQXK-nın və yerli erməni sakinlərinin ümumilikdə 644 avtonəqliyyat vasitəsi Laçın yolu ilə hər iki istiqamətdə maneəsiz keçib”, - Sadıqbəyli çərşənbə axşamı ATƏT-in Daimi şurasının xüsusi iclasında bildirib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, onun məlumatına əsasən, 2023-cü il yanvarın 5-dən 15-dək yoldan hər iki istiqamətdə keçən nəqliyyat vasitələrinin orta hesabla gündəlik sayı 30 olub. Sadıqbəyli əlavə edib ki, onların əksəriyyəti Xankəndinə ərzaq və tibbi ləvazimat daşıyan ağır tonnajlı avtomobillər olub.
Beləliklə, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsiniun sözlərinə görə, “Qarabağ regionunun erməni sakinlərinin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi baxımından heç bir maneə yoxdur”.
Həmçinin, Sadıqbəyli vurğulayıb ki, Azərbaycan hökuməti erməni əsilli Azərbaycan vətəndaşlarının istənilən humanitar narahatlığını yerlərdə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Eyni zamanda, o, “beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən öz öhdəliklərini yerinə yetirməməkdən yayındırmaq üçün mövcud vəziyyətdən istifadə etmək məqsədilə” erməni tərəfini yerli erməni sakinlərinin yoldan istifadəsinə mane olmaq cəhdlərində ittiham edib. “Ermənistan tərəfi bu hərəkətlərin mümkün nəticələrinə görə tam məsuliyyət daşıyır”, - Azərbaycanın daimi nümayəndəsi bəyan edib.
Onun sözlərinə görə, Bakı erməni əsilli yerli sakinlərlə münasibətlərin qurulması istiqamətində ardıcıl və uğurlu səylər göstərib, bununla da regionda su təchizatı, nəqliyyat və enerji təchizatı sahələrinin mühüm məsələlərini həll edib. «Bu təmasları təşviq etmək və dəstəkləmək lazımdır», - deyə Sadıqbəyli bildirib ki, Azərbaycan «kövrək sülh prosesini pozmaq məqsədilə Azərbaycanın Qarabağ bölgəsinə göndərilən Ruben Vardanyan kimi şəxslərlə əlaqə saxlamayacaq».
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 12-dən etibarən Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda Şuşa-Xankəndi avtomobil yolunda regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər. Xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət