2022-ci ildə Azərbaycanda 10 milyard 984,2 milyon manat dəyərində ($6,461 milyard) kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 5 milyard 446,2 milyon manat məbləğində heyvandarlıq, 5 milyard 538 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,4%, bitkiçilik məhsullarının istehsal həcmi 3,3% artıb.
2022-ci ildə orta süd məhsuldarlığı 1,731 ton (2021-ci ildə - 1,709 ton) təşkil edib. İlkin məlumatlara görə, 2023-cü il yanvarın 1-nə ölkədə 7 milyon 772,1 min baş qoyun və keçi, 2 milyon 628,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 288,7 min baş inək və camış olub. İnək və camış mal-qaranın 49%-ni təşkil edir.
Ötən il quşçuluq təsərrüfatlarında diri çəkidə 78,6 min ton quş əti, 880 milyon ədəd yumurta istehsal edilib. Ümumilikdə, bu təsərrüfatlarda quşların ümumi sayı 10 milyon 886,6 min baş olub, hər yumurtlayan toyuqdan 240 ədəd yumurta əldə edilib.
2022-ci ildə kənd təsərrüfatı subyektləri tərəfindən 3 milyon 161,3 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (qarğıdalı nəzərə alınmaqla, azalma 6%), 1 milyon 74,3 min ton kartof (artım 1.2%), 1 milyon 823,3 min ton tərəvəz (artım 0,4%), 469.3 min ton bostan bitkiləri (artım 2%), 1 milyon 253,1 min ton meyvə və giləmeyvə (artım 4%), 212.6 min ton üzüm (artım 1,3%), 1 min ton yaşıl çay yarpağı (azalma 15%), 29,4 min ton günəbaxan (artım 13,8%), 222,7 min ton şəkər çuğunduru (artım 15,8%), 321,8 min ton pambıq (artım 12,1%) və 5,1 min ton tütün (azalma 21%) yığılıb.
Statisitk məlumatlara əsasən, 2023-cü il üçün bitki əkini başa çatır. 24 dekabr 2022-ci il tarixinə olan vəziyyətə görə, əkin sahəsi 1 milyon 54,7 min hektar təşkil edir.
Eyni zamanda, əkin sahəsinin 98,7%-ni dənli bitkilər (1 milyon 41,1 min hektar) (artım 2,5%) təşkil edib ki, bunun da 646,2 min hektarı buğda (artım 7,3%), 394,8 min hektar - arpa (azalma 4,6%), 0,1 min hektar – çovdarın payına düşüb.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət