Azərbaycan prezidenti İlham Əliyevin Davosda Xorvatiya baş naziri Andrey Plenkoviç ilə görüşü olub.
“Əliyev Xorvatiya baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu”, - Azərbaycan liderinin saytındakı məlumatda vurğulanır.
Görüşdə Əliyev və Plenkoviç minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirildi. Öz növbəsində, Əliyev otuzillik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan - hərbi əməliyyatların başa çatmasından bu günədək 300-ə yaxın Azərbaycan vətəndaşının mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığını qeyd etdi”, - məlumatda vurğulanır.
Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə (azad edilmiş ərazilərdə - İF) genişmiqyaslı minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirildi. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulandı.
Əliyev və Plenkoviç minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etdilər.
“Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı vurğulandı. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirildi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət